Yeniyetmə güləşçilər Avropa çempionatında yarışırlar



Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir. Yarışda 19-23 yaş arası idmançılar mübarizə aparırlar.
Qitə birinciliyində ilk olaraq yunan-Roma güləşçiləri qüvvələrini sınayıblar. Ölkəmizi bu yarışlarda yığma komandanın baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 7 güləşçi təmsil edir. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 3 qadın güləşçimiz mübarizə aparır. Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə başlayacaqlar. Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında çempionata 7 idmançı yollanıb. Yarışda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.


Bu yazı

10873 dəfə oxunub

Tarix

2018-06-05 10:12:00

Yazını

Çap et

Yazını

Paylaş