“Buenos-Ayres-2018”in rəsmi talismanı təqdim olunub


Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Olimpiya Oyunlarının təşkilatçıları bu ilin rəsmi talismanı haqqında məlumat dərc ediblər. Bu dəfə ruhlandırıcı mənbə yaquar #Pandi olub. Pişikkimilər nəslindən olan bu yırtıcının vətəni Argentinanın şimal hissəsidir. Yaquar dünyada ən vəhşi təsvir edilən heyvanlardan biridir.
Buenos-Ayresdə pişik ləpirlərinin izləri hələ rəsmi məlumatdan əvvəl əmələ gəlmişdi. "#Pandi”nin 2018-ci il Yeniyetmələrin III Olimpiya Oyunları ilə əlaqəsini yaquarın baş rolda olduğu qısametrajlı cizgi filmi açdı. Filmdə yaquar ildırım sürəti ilə bütün şəhərdə hərəkət edərək, Oyunların açılış mərasiminin keçiriləcəyi yerə - Obeliskə doğru hərəkət edir.
Yerli təşkilatçılar bəyan edirlər ki, onlar Yeniyetmələrin Olimpiya Oyunlarını #Pandi vasitəsilə gender bərabərliyinə ciddi şəkildə riayət olunacaq ilk oyunlara çevirmək niyyətindədirlər. Onların məqsədi bu Oyunları bəşəriyyət tarixində əlamətdar etməklə, daha yaxşı dünyanın başlanğıcını qoymaqdır.
"Buenos-Ayres-2018” Təşkilat Komitəsinin prezidenti Herardo Verthayn bildirib: "Gənc atletlər Oyunlara bütün güclərini sərf edirlər və Olimpiya ruhu saçan Pandi idmançıları nailiyyətlərə ilhamlandırmaqdan ötrü yaradılıb”.
2018-ci il Yeniyetmələrin III Olimpiya Oyunlarının talismanı - hadisələrlə assosiasiya olunan simvoldur və Olimpiya Oyunlarının əsas dəyərlərinin - auditoriya arasında, xüsusən də gənc fanatlar və idmançılar arasında dostluğun, hörmətin və uğurun mənbəyidir.
Şimali Argentinada yaşayan yaquar nəsli kəsilmək təhlükəsindədir. "Buenos-Ayres-2018”in Təşkilat Komitəsi ümid edir ki, bu yırtıcının talisman qismində seçilməsi yaquar nəslinin kəsilməsinin mümkünlüyü barədə insanlarda narahatlığı artacaq.


Bu yazı

7704 dəfə oxunub

Tarix

2018-06-05 10:24:09

Yazını

Çap et

Yazını

Paylaş