Dünya çempionatında qaliblər müəyyənləşib

 
Velosiped idmanının BMX növü üzrə bu gün Bakıda keçirilən dünya çempionatının "Challenge” yarışlarında qızlar arasında iki yaş kateqoriyası üzrə qaliblər müəyyənləşib.
 16 və daha aşağı yaşlı qızların yarışında ABŞ idmançısı Makkenziya Qeyhart birinci, yaponiyalı Jui Yabuta ikinci, Fransa təmsilçisi Kamilla İmbert üçüncü pillədə qərarlaşıblar.
 17-29 yaşlı velosipedçilərin yarışında isə birinci və ikinci yerləri niderlandlı idmançılar – Suele Ruitenqa və Tamar Vedder, üçüncü pillədə isə yeni zelandiyalı Toni Ceyms tutub.



Bu yazı

3774 dəfə oxunub

Tarix

2018-06-05 16:13:07

Yazını

Çap et

Yazını

Paylaş