MOK rəsmiləri Beynəlxalq Konqresdə ölkəmizi təmsil edəcəklər



İyunun 7-dən 10-dək İsrailin Netanya şəhərində 5-ci Beynəlxalq Bədən Tərbiyəsi və İdman Elmləri Konqresi keçiriləcək.
İsrail Milli Olimpiya Komitəsi, Nikosiya Univesiteti və Vinqeyt adına İsrail Bədən Tərbiyəsi və İdman İnstitutunun təşkilatçılığı ilə keçiriləcək Konqresdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və MOK-un baş katibi Ağacan Abiyev təmsil edəcəklər. Tədbirdə müxtəlif ölkələri təmsil edən tanınmış professorların müxtəlif mövzularda məruzələri dinləniləcək, bu sahədə elm və təcrübə mübadiləsi aparılacaq və müasir dövrdə idmanın aktual problemləri əsasında müzakirələr olacaq. Konqresdə həmçinin ədalətli oyunlar və idman mövzusuna da toxunulacaq.


Bu yazı

2051 dəfə oxunub

Tarix

2018-06-05 17:01:33

Yazını

Çap et

Yazını

Paylaş