Ruslan Lunev dünya çempionu olub


Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə İsveçrənin Tun şəhərində hərbi atıcılıq üzrə 50-ci dünya çempionatı keçirilir. Çempionatda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun iki idmançısı - baş leytenant Ruslan Lunev və Nigar Nəsirova təmsil edirlər. Ruslan Lunev tapançadan 25 metr məsafəyə atəşaçma yarışında Estoniya və Çindən olan rəqiblərini üstələyərək qızıl medala layiq görülüb və dünya çempionu adını qazanıb.
Qeyd edək ki, mayın 30-da start götürən çempionata sabah yekun vurulacaq.



Bu yazı

9179 dəfə oxunub

Tarix

2018-06-05 21:21:33

Yazını

Çap et

Yazını

Paylaş