Yarımfinalçılar məlum olub


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə "100 İllik Yubiley Kuboku” turnirinin ikinci günündə - bu gün yarımfinalçılar məlum olub.
İlk görüşdə "Ağstafa” və "Omar” komandaları qarşılaşıb və "Omar” kollektivi 2:0 hesabı ilə qalib gəlib. Digər oyunda isə "Buta Qolden” komandası "Murad” kollektivini qarşılaşmanın sonuncu dəqiqəsində vurduğu qolla 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Beləliklə, "Omar” və "Buta Qolden” komandaları yarımfinala yüksəliblər. Yarımfinalda mübarizə aparacaq digər komandalar "Sərhədçi” və "Polad” olacaq.
Yarımfinal mərhələsinin oyunları sabah təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda görüş və final qarşılaşması ilə turnirə yekun vurulacaq.
Turnirin ümumi mükafat fondu 50 min manatdır.




Bu yazı

4549 dəfə oxunub

Tarix

2018-06-06 16:32:28

Yazını

Çap et

Yazını

Paylaş