MOK-un nümayəndə heyəti forumda iştirak edəcək


Latviyanın paytaxtı Riqada iyunun 8-9-da MDB və Baltikyanı ölkələrin və Gürcüstanın Milli Olimpiya komitələrinin keçiriləcək forumunda ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev ilə təmsil edəcək.
Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya həmrəyliyi” proqramı çərçivəsində keçiriləcək forumda Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazalarının və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Tədbir çərçivəsində MOK-un baş katibinin müavini Azər Əliyev "MOK Azərbaycanın Olimpiya Gündəliyi-2020 komissiyası üzrə fəaliyyəti və yenilikləri” mövzusunda məruzə ilə çıxış edəcək.
Forumun iştirakçıları "Olimpiya hərəkatı”, Olimpiya və Avropa Oyunları, "Olimpiya Gündəliyi-2020”, idmanın təşviqi və digər mövzularda çıxışlar edəcəklər.
İki gün davam edəcək tədbirin birinci günündə məruzələr dinləniləcək. İyunun 9-da isə müxtəlif idman obyektləri ilə tanışlıq olacaq.
 




Bu yazı

6300 dəfə oxunub

Tarix

2018-06-06 17:41:52

Yazını

Çap et

Yazını

Paylaş