Bakıda dünya çempionatı davam edir






Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirilir.

"Olimpnews.az” xəbər verir ki, Yarışda 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır. Mundialın üçüncü günündə 13 yaş kateqoriyasında qaliblərin adlarına aydınlıq gələcək. Həmçinin elit kateqoriyasında olan velosipedçilər bu gün mübarizəyə qoşulacaqlar.
Bu gün ölkəmizi Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə təmsil edəcəklər.
Məlumat üçün bildirək ki, Azərbaycan indiyədək Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə bu yarış Azərbaycanda keçirilən sayca dördüncü dünya çempionatıdır.
Yarışlara iyunun 9-da yekun vurulacaq.



Bu yazı

7931 dəfə oxunub

Tarix

2018-06-07 12:11:39

Yazını

Çap et

Yazını

Paylaş