Şəhriyar Məmmədyarov 7-ci yeri tutub


Norveçin Stavanqer şəhərində başa çatan "Altibox Norway Chess” superturnirdə şahmatçımız Şəhriyar Məmmədyarov 3.5 xalla 7-ci yeri tutub. Son turda istirahət edən təmsilçimiz əvvəlki 8 görüşdə 7 heç-heçə edib və Ermənistan təmsilçisi Levon Aronyana uduzub.
Turnirdə birinci yerə İddiaçılar Turnirinin qalibi Fabiano Karuana (5 xal) çıxıb. Maqnus Karlsen, Hikaru Nakamura və Vişvanatan Anand hərəyə 4,5 xalla 2 - 4-cü yerləri bölüşüb.



Bu yazı

3537 dəfə oxunub

Tarix

2018-06-08 09:46:33

Yazını

Çap et

Yazını

Paylaş