“Nike” şirkəti milli komandaya butsi satmaqdan imtina edib

 

ABŞ-ın idman ayaqqabısı istehsal edən "Nike” şirkəti İranın futbol üzrə milli komandasına butsi satmaqdan imtina edib.
Şirkət bununla bağlı açıqlamasında bildirib ki, "Nike” ABŞ şirkəti olaraq hökumətin İrana qarşı tətbiq etdiyi sanksiyalara əməl etmək məcburiyyətindədir. Qeyd olunub ki, şirkət futbol üzrə İranın milli komandasını müştərilər siyahısından çıxarıb.
İranın futbol üzrə milli komandasının baş məşqçisi portuqaliyalı Karluş Keuroş qəzetə müsahibəsində dünya çempionatına bir həftə qalmış "Nike” şirkətinin belə bir qərar verməsinin düzgün olmadığını bildirib. Baş məşqçi FIFA-ya müraciət edib ki, komandanın butsi ilə təmin olunmasına kömək göstərsin.
İranın milli komandası artıq Moskva şəhərindədir və ilk məşqini də keçirib. Lakin oyunçuların təzə butsilərlə təmin olunması məsələsi hələlik açıq qalır.
Xatırladaq ki, İranın futbol üzrə milli komandası iyunun 14-də başlayacaq dünya çempionatında ilk oyununu iyunun 15-də Sankt-Peterburq şəhərində Mərakeş yığması ilə keçirəcək.






Bu yazı

4383 dəfə oxunub

Tarix

2018-06-09 11:26:48

Yazını

Çap et

Yazını

Paylaş