Güləşçimiz Ermənistan təmsilçisini məğlub edib


Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında güləşçilərimizdən Elçin Vəliyev (61 kq) Rumıniya idmançısına qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal uğrunda qarşılaşmada həmyerlimizin rəqibi Türkiyə idmançısı olacaq.
Doxsan iki kiloqram çəki dərəcəsində yarışan idmançımız Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edərək qitə çempionatının finalına yüksəlib. İdmançımız finalda Gürcüstan güləşçisi ilə qarşılaşacaq.
Final görüşləri iyunun 10-da Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.



Bu yazı

4107 dəfə oxunub

Tarix

2018-06-10 12:30:37

Yazını

Çap et

Yazını

Paylaş