Fuad Cəfərovun kitablarından ibarət xüsusi fond yaradılıb


Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun adı ölkəmizin idman ictimaiyyəti, o cümlədən şahmatsevərlər arasında daim böyük ehtiramla çəkilir.
İstedadlı şahmat məşqçisi Fuad Cəfərovun şahmat oyunu qaydaları, dərs vəsaiti, şahmat məktəbləri, şahmatçılar, beynəlxalq turnirlər, şahmat həyatından bəhs edən müxtəlif dillərdəki nəşrlərdən ibarət zəngin kitabxanası onun qardaşı Cavanşir Cəfərov tərəfindən Binəqədi rayon mərkəzi kitabxanasına hədiyyə olunub. Şəxsi kitabxana Azərbaycan, rus, alman, ingilis, xorvat, çex və digər dillərdə ümumilikdə 417 kitabdan və 28 diskdən ibarətdir. Kitabxanada Fuad Cəfərovun kitablarından ibarət xüsusi fond yaradılıb.




Bu yazı

8682 dəfə oxunub

Tarix

2018-06-11 11:52:56

Yazını

Çap et

Yazını

Paylaş