Güc strukturları arasında üzgüçülük yarışı keçiriləcək


İyunun 29-da Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı güc strukturları arasında üzgüçülük üzrə estafet yarışları keçiriləcək. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Su İdman Sarayının təşkilatçılığı ilə baş tutacaq yarışda 6 komanda iştirak edəcək. Estafet yarışlarında Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Dövlət Təhlükəsizlik Xidməti, Fövqalədə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və, həmçinin Su İdman Sarayının komandaları iştirak edəcəklər.
Qeyd edək ki, üzgüçülər Böyük Zirə adasından Dənizkənarı Milli parka qədər 10 kilometrlik məsafəni qət etməyə çalışacaqlar.
Qaliblər müvafiq pul mükafatları və diplomlarla mükafatlandırılacaqlar





Bu yazı

4831 dəfə oxunub

Tarix

2018-06-11 14:28:23

Yazını

Çap et

Yazını

Paylaş