Rahib Məmmədov çempion oldu


Lixtenşteyndə keçirilən atletika üzrə kiçik ölkələrin Avropa çempionatında idmançılarımız uğurla çıxış ediblər.
Atletimiz Zəkiyyə Həsənova 100 metr məsafə qaçış yarışlarında 11.61 saniyə nəticə göstərərək Azərbaycan rekorduna imza atıb və çempionatın gümüş medalını qazanıb.
Z.Həsənova 200 metr məsafəyə qaçışda daha yaxşı nəticə göstərib. Belə ki, o, 23.56 saniyə nəticə ilə yarışların qızıl mükafatına sahib olub.
Kişilər arasında 110 metr məsafəyə sədlərlə qaçışda atletimiz Rahib Məmmədov 14.06 saniyə nəticə ilə Avropa çempionu olub.





Bu yazı

5324 dəfə oxunub

Tarix

2018-06-11 15:35:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook