Dünyanın gözlədiyi görüşdə imzalanma olub - video


ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In Sinqapur görüşünün yekunu olaraq sənəd imzalayıblar.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, sənəd Sinqapur görüşündə əldə olunan müsbət impulsun davam etdirilməsini nəzərdə tutur.
İmzalanma mərasimindən sonra açıqlama verən Donald Tramp sənədin çox vacib və hərtərəfli olduğunu deyib. ABŞ-KXDR münasibətlərinin indi daha fərqli olduğunu bildirən Prezident Koreya yarımadasının nüvə silahsızlaşdırılması prosesinin çox tez başlayacağını bəyan edib. ABŞ Prezidenti KXDR lideri ilə yenə görüşəcəyini və onu Vaşinqtona səfərə dəvət edəcəyini bildirib.
KXDR lideri Kim Çen In dünyanın böyük dəyişikliyə şahid olacağını bəyan edib.





Bu yazı

3639 dəfə oxunub

Tarix

2018-06-12 11:16:40

Yazını

Çap et

Yazını

Paylaş