Erməniləri də məğlub edən boksçularımız birinci oldu

 
Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə komandamız turniri 5 qızıl və 4 gümüş medal qazanıb. Bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (91 kq-dan yuxarı) isə ikinci yeri tutublar.
Bu göstərici Azərbaycan yığmasını komanda hesabında birinci sıraya yüksəldib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.



Bu yazı

3534 dəfə oxunub

Tarix

2018-06-12 13:05:44

Yazını

Çap et

Yazını

Paylaş