Vaqif Sadıqov: “Az səhv edən komanda qalib olacaq"

Futbol üzrə dünya çempionatı sabah start götürür. Təcrübəli futbol mütəxəssisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov mundialla bağlı fikirini olimpnews.az saytına bildirib : "Futbol sürprizləri sevir. Bir də görürsən ki, heç inanmadığın komanda gəlib çempion olur. Amma əgər proqnoz verəsi olsam, Braziliyaya gümanım çoxdur. O komandanın oyun üslubunu çox bəyənirəm. Həm də Dünya Çempionatında təcrübələri kifayət qədərdir. Rəhmətlik Böyükağa Hacıyev deyərdi ki, futbol səhvlər oyunudur. Bu, həqiqətən, belədir. Hansı klub daha az səhv eləsə, o da mundialın qalibi olacaq."




Bu yazı

1979 dəfə oxunub

Tarix

2018-06-13 13:26:37

Yazını

Çap et

Yazını

Paylaş