İspaniya millisinin baş məşqçisi istefaya göndərildi


FİFA-2018-in startına 1 gün qalmış İspaniya millisinin tarixində ciddi hadisə yaşanıb. Futbol Federasiyasının prezidenti Luis Rubiales Krasnodarda keçirilən mətbuat konfransında milli komandanın baş məşqçisi Xulen Lopeteqinin istefaya göndərildiyini bildirib. İddia olunur ki, Lopeteqinin dünya çempionatından sonra "Real”ın yeni baş məşqçisi olacağı ilə bağlı açıqlaması federasiya rəhbərliyini bərk qəzəbləndirib. Çünki onunla olan müqavilə üç həftə əvvəl 2020-ci ilə qədər uzadılmışdı.



Bu yazı

1269 dəfə oxunub

Tarix

2018-06-13 14:35:15

Yazını

Çap et

Yazını

Paylaş