Açılış oyununu 20-dən çox olkə rəhbəri canl izləyəcək


Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının açılış mərasiminə və ilk oyununa baxmaq üçün 20-dən çox dövlət başçısının Moskvaya gəlməsi nəzərdə tutulub.
Bunu "Rusiya-2018”in təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da Moskvadakı "Lujniki” stadionunda başlayacaq. Açılışdan sonra keçiriləcək ilk oyunda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.



Bu yazı

1277 dəfə oxunub

Tarix

2018-06-13 14:48:04

Yazını

Çap et

Yazını

Paylaş