DÇ:2026 Kanada, ABŞ və Meksika keçiriləcək


2026-cı ildə futbol üzrə XXIII dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.
FIFA-nın bu gün Moskvada keçirilən 68-ci konqresinin qərarına əsasən 2026-cı ildə futbol üzrə XXIII dünya çempionatını Kanada, ABŞ və Meksika birlikdə təşkil edəcək.
Qeyd edək ki, dünya çempionatının ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə apardı.
Qərarı FIFA prezidenti Canni İnfantino açıqlayıb. O bildirib ki, səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb.
Qeyd edək ki, FIFA-nın qəbul etdiyi dəyişikliklərə əsasən, 2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.




Bu yazı

4340 dəfə oxunub

Tarix

2018-06-13 15:06:56

Yazını

Çap et

Yazını

Paylaş