“Təhsil liqası”nın final oyunları keçirilib



"Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2017-2018-ci il mövsümü üzrə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.
Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən yarışlarda U-13 liqası üzrə birinci yeri "Sıçrayış” Basketbol Klubunun, ikinci yeri "Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM), üçüncü yeri "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin, U-15 liqası üzrə birinci yeri "Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, ikinci yeri "Sıçrayış” Basketbol Klubunun, üçüncü yeri "Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq Gənclər İdman Məktəbinin komandaları tutub.
Qaliblər diplom, kubok və medallarla təltif olunublar.


Bu yazı

4900 dəfə oxunub

Tarix

2018-06-13 15:22:56

Yazını

Çap et

Yazını

Paylaş