FİFA 6,1 milyard dollar gəlir götürəcək


FIFA Rusiyada keçiriləcək dünya çempionatından 2014-cü ildə Braziliyada təşkil olunmuş mundialdakı gəlirdən 1,3 milyard dollar çox - 6,1 milyard dollar gəlir götürəcək. Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin FIFA sponsorluq müqavilələri nəticəsində gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək. Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi sayəsində mümkün olub. Dünya çempionatına sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çinin yalnız bir şirkəti var idi.




Bu yazı

1420 dəfə oxunub

Tarix

2018-06-13 19:05:06

Yazını

Çap et

Yazını

Paylaş