Bakıda VI Dünya Kuboku keçiriləcək


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə reallaşdırılan Milli Atçılıq Festivalı yüksək səviyyədə həyata keçirilir.
Festival çərçivəsində bir neçə tədbir və turnirlər artıq təşkil olunub. Milli Atçılıq Festivalına iyunun 15-17-də arena polo üzrə VI Dünya Kuboku yarışı ilə yekun vurulacaq.
İyunun 14-də "JW Marriott Absheron Baku” mehmanxanasında yarışla bağlı mətbuat konfransı və komandaların təqdimatı olacaq.
İyunun 15-də "Elite Horse & Polo Club” (Paşa Bank) və "Indian Polo & Riding Club New Delhi” (Altun 97) komandaları arasında keçiriləcək oyunla arena polo üzrə VI Dünya Kuboku yarışı start götürəcək. Günün ikinci oyunu isə "Polo Club Wicklow” (Bot) və "Rhein Polo Club Düsseldorf” (Palladium) arasında olacaq. Günün sonunda isə "Elite Events Hall”da "Baku Moritz” qala gecəsi keçiriləcək.
İyunun 16-da günün ilk oyununda "Rhein Polo Club Düsseldorf” (Palladium) və "Indian Polo & Riding Club New Delhi” (Altun 97) komandaları mübarizə aparacaq. İkinci oyun isə "Elite Horse & Polo Club” (Paşa bank) və "Polo Club Wicklow” (Bot) arasında keçiriləcək. Kubokun ikinci günü "Port Baku Scalini”də keçiriləcək dünya polo gecəsi (iştirak yalnız dəvətnamə ilə) ilə başa çatacaq.
İyunun 17-də keçiriləcək oyunlarda isə komandalar üçüncülük və final uğrunda mübarizə aparacaqlar.
Oyunlardan sonra keçiriləcək mükafatlandırma mərasimi ilə arena polo üzrə VI Dünya Kuboku yarışına yekun vurulacaq.

 




Bu yazı

2988 dəfə oxunub

Tarix

2018-06-14 00:01:58

Yazını

Çap et

Yazını

Paylaş