Elnur Məmmədli: “Fransa və Almaniya milliləri çempionluğa əsas namizəddirlər”


Bu gün Rusiyada möhtəşəm bir idman bayramı-futbol üzrə XXI dünya çempionatı başlanacaq. Əlbəttə, çempionata dünyanın, demək olar ki, bütün ölkələrində olduğu kimi, Azərbaycanda da maraq böyükdür. Hamı start fitinin səslənməsini gözləyir. Futbolla maraqlananlar isə artıq favoritərlərini, çempionluğa namizəd komandalarını müəyyənləşdiriblər. Cüdo üzrə Olimpiya çempionu, ACF-in vitse-prezidenti Elnur Məmmədli bu barədə fikri olimpnews.az saytına açıqlayıb: "Düşünürəm ki, Fransa və Almaniya milliləri çempionluğa əsas namizəddirlər. Fransanın son illərdə oynadığı futbol hamıya yaxşı məlumdur. Almaniya isə, mən deyərdim ki, "futbol maşını”dır. Əminəm ki, əgər finalda bu iki komanda qarşılaşsa, çox çətin və maraqlı matç olacaq. Amma mən İspaniya yığmasına azarkeşlik edirəm. Çox istərdim ki, ispanlar kuboka sahib çıxsınlar.”



Bu yazı

6283 dəfə oxunub

Tarix

2018-06-14 13:12:56

Yazını

Çap et

Yazını

Paylaş