Əməkdar jurnalist: “4 favorit yığma var”

Bu gün Rusiyada start fiti səslənəcək futbol üzrə növbəti dünya çempionatı ilə bağlı Əməkdar jurnalist, "Xalq qəzeti”nin əməkdaşı Oqtay Bayramovun "Olimpnews.az” saytına fikrini  təqdim edirik: "Çempionluğa namizəd bir neçə komanda var. 5 qat dünya çempionu Braziliya, mundialın sonuncu qalibi Almaniya, 2010-cu ildə qalibiyyət sevinci yaşayan İspaniya, öz oyun üslubu ilə seçilən Fransa əsas favoritlər sırasındadır. Nəzərə alsaq ki, Argentina millisində Messi kimi futbolçu var, onun çempion ola biləcəyini də qeyd etməliyik. Hər halda dəqiq bir şey demək çətindir. Düşünürəm ki, Misir komandası də maraqlı oyun sərgiləyəcək”.





Bu yazı

4790 dəfə oxunub

Tarix

2018-06-14 13:44:17

Yazını

Çap et

Yazını

Paylaş