Hafiz Hacıyev növbəti dəfə Avropa çempionu olub

Qlazqoda usta cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir. Veteran cüdoçularımızdan 8-i fəxri kürsüyə yüksəlib. Fərhad Rəcəbli (90 kq) növbəti dəfə Avropa çempionu tituluna yiyələnib. Digər təmsilçilərimizdən Babək Hacıyev (60 kq), Vüqar Budaqov (73 kq), Rüfət İsmayılov (81 kq), Azər Əsgərov, Yaman Fətiyev, Hafiz Hacıyev ( hər üçü 100 kq) və Məhəmməd Müslimzadə (+100 kq) müxtəlif yaş qruplarında 3-cü yerə layiq görülüblər.



Bu yazı

7613 dəfə oxunub

Tarix

2018-06-16 17:37:55

Yazını

Çap et

Yazını

Paylaş