Pəhləvanlarımız Avropa çempionatından 6 medalla qayıdıblar



 




Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Avropa çempionatı keçirilib. 

"Olimpnews.az"ın məlumatına görə, çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri vətənə 6 (1 qızıl, 1 gümüş və 4 bürünc) medulla qayıdıblar.

Yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandığı halda, sərbəstlər 1 gümüş və 3 bürünc medala sahib olub.

Yunan-Roma güləşi yarışlarında bütün rəqiblərindən üstün olan Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. 68 kq-da mübarizə aparan Əli Əlizadə isə bürünc medala yiyələnib.

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) qazandırıb.

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurulu və Əli Babayev təmsil edib.






Bu yazı

6847 dəfə oxunub

Tarix

2018-06-20 13:30:47

Yazını

Çap et

Yazını

Paylaş