Milli Qəhrəmanın xatirə turniri başlayıb


Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirinin "Sərhədçi” İdman Olimpiya Mərkəzində bu gün təntənəli açılış mərasimi olub.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 10-dək ölkədən idmançılar iştirak edirlər.
Qara dəniz və Xəzəryanı ölkələr arasında keçirilən xatirə turnirində beş yaşdan yuxarı karateçilər mübarizə aparırlar.
İyunun 23-də yekun vurulacaq turnirdə fərqlənən idmançılara fərdi yarışlarda medal və diplom, komanda çıxışlarında isə kubok təqdim olunacaq.



Bu yazı

4140 dəfə oxunub

Tarix

2018-06-21 21:21:50

Yazını

Çap et

Yazını

Paylaş