Adil Əliyev: “Kikboksinq klublarının sayını artırmağa çalışırıq”


Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev AZƏRTAC-a məxsusi müsahibəsində federasiyanın qarşısında duran məsələlər barədə danışaraq deyib: "Ölkəmizdə kikboksinq klublarının sayını artırmağa çalışırıq. Demək olar ki, ildən-ilə klubların və zalların sayında artım müşahidə olunur. Bununla da Azərbaycanda idmanın inkişafına töhfə verməyə çalışırıq. Regionlarda kikboksinq yarışları təşkil etməklə bilavasitə idmanın bu növünün inkişafına təkan veririk. Federasiya bir çox sosial layihələrdə fəal iştirak edir. Belə ki, biz uşaq və qocalar evlərində, həmçinin qazilərlə görüşlər təşkil edirik. Federasiya olaraq belə mühüm layihələrdən kənarda qalmırıq. Öz təşəbbüsümüzlə yanaşı, bizə edilən müraciətlər əsasında da sosial layihələrə qatılırıq”.



Bu yazı

13610 dəfə oxunub

Tarix

2018-06-23 09:53:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook