UCI-nin rəhbəri təşəkkür məktubu göndərib






Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartien dünya çempionatının uğurla başa çatması ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərova təşəkkür məktubu göndərib.

Məktubda Bakıya səfərindən məmnunluğunu ifadə edən UCI prezidenti dünya çempionatının yüksək səviyyədə təşkil olunduğu üçün ölkəmizə təşəkkür edib. O qeyd edib ki, bu cür böyük tədbiri təşkil etmək olduqca böyük məsuliyyət və əmək tələb edir. Təşkilat Komətisinin gördüyü işlər Bakıya gələn qonaqların yaddaşlarında xoş xatirələrlə qalacaq.
David Lappartien məktubunu bu cümlələrlə tamamlayıb: "Sizə BMX velosipedinin inkişafına verdiyiniz böyük dəstəyə görə UCI ailəsi adından dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, 5 gün davam edən dünya çempionatında planetin 43 ölkəsinin 1520 idmançısı iştirak edib.




Bu yazı

11724 dəfə oxunub

Tarix

2018-06-23 18:19:36

Yazını

Çap et

Yazını

Paylaş