Vinus Uilyamsın cavabı sərt olub


Tennis üzrə keçmiş dünya çempionu Vinus Uilyams Rafael Nadalın mükafatla bağlı sözlərinə münasibət bildirib. İspaniyalı tennisçi Rafael Nadal İtaliya jurnalına verdiyi müsahibəsində deyib: "Qadın modellər kişilərdən daha çox qazanırlar və heç kəs heç nə demir. Çinki zərif cinsin nümayəndələrinin auditoriyası böyükdür ”. ABŞ tennisçisi, böyük bacı Vinus Uilyams buna cavab olaraq münasibət bildirib: "Şəxsən mən model biznesi haqqında heç nə bilmirəm. Amma görürəm ki, bu, Rafael Nadal üçün anlaşılan məfhumdur. Bərabərliklə bağlı isə qarşıda görüləsi işlər hələ çoxdur. Kişilər bu bərabərliyi qadınlar qədər çox arzulamalıdırlar. Bu, çox vacibdir. Oğlan övladlarını elə böyütmək lazımdır ki, onlar qadınlara bərabər hüquqlarda hörmət etməyi öyrənsinlər”.



Bu yazı

10520 dəfə oxunub

Tarix

2018-06-26 11:40:51

Yazını

Çap et

Yazını

Paylaş