Hüseyn İsmayılov yarışlardan müvəqqəti kənarlaşdırıb
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ağırlıqqaldıran Hüseyn İsmayılovu bütün yarışlardan müvəqqəti kənarlaşdırıb.
Federasiyasının rəsmisaytınınməlumatına əsasənbunasəbəb kimi
İsmayılovun dopinq-testinin müsbət nəticə verməsi göstərilib. 19 yaşlı
atletin orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri
aşkarlanıb. Bunun təsdiqi sübuta yetirildikdən sonra müvafiq qərar
veriləcək. Hazırda araşdırma davam edir. Qeyd edək ki, Hüseyn
İsmayılov 2017-ci ildə Albaniyanın Dürres şəhərində gənclər arasında
Avropa çempionatında 94 kq çəki dərəcəsində bürünc medal qazanıb.