Güləşçilərimiz "Çempionlar" turnirində qüvvələrini sınayacaqlar


 

Iyulun 4-7-də Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar" beynəlxalq turniri keçiriləcək. Sayca, 21-ci dəfə təşkil ediləcək turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığmamızın üzvləri iştirak edəcəklər.

Beynəlxalq turnirdə böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 10 güləşçimiz turnirdə mübarizə aparacaq. Heyətdə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəliyev, Əsgər Məmmədəliyev (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq) və Alimaqomed Alixmayev (97 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.




Bu yazı

8155 dəfə oxunub

Tarix

2018-06-28 16:07:32

Yazını

Çap et

Yazını

Paylaş