Beynəlxalq turnirdə ölkəmizi 10 güləşçi təmsil edəcək


İyulun 4-7-də İstanbulda sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar” beynəlxalq turniri keçiriləcək. İyirmi birinci dəfə baş tutacaq turnirdə gənclərdən ibarət sərbəst güləş üzrə yığmamızın üzvləri iştirak edəcəklər.
Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 10 güləşçimiz turnirdə mübarizə aparacaq.
Heyətdə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəliyev, Əsgər Məmmədəliyev (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq) və Alimaqomed Alixmayev (97 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.


Bu yazı

12607 dəfə oxunub

Tarix

2018-07-02 16:26:35

Yazını

Çap et

Yazını

Paylaş