Avropa birinciliyində iki medal qazanıldı



Bosniya və Hersoqovinanın Sarayevo şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyi keçirilib. Yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimizin iki üzvü qitə birinciliyində fəxri kürsüyə qalxıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə gümüş medal qazanıb. 50 kq çəki dərəcəsində yarışda iştirak edən Mirağa Hacıyev isə bürünc medala sahib olub.
Qeyd edək ki, 42 ölkədən 457 idmançının (255 oğlan, 202 qız) mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub.


Bu yazı

1561 dəfə oxunub

Tarix

2018-07-03 12:28:08

Yazını

Çap et

Yazını

Paylaş