Formula-1-in yeni mövsümünün tarixi açıqlanıb



2019-cu ildə Formula-1-in ilk mərhələsi olacaq Avstraliya Qran-Prisinin təşkilatçıları Melburnda keçiriləcək yarışların ilkin tarixini açıqlayıblar. Dünya Avtomobil İdmanı Şurası onların bu qərarını təsdiqləyərsə, yürüşlər martın 14-dən 17-dək keçiriləcək.
Bu mərhələ formula-1 yarışlarında mövsümün ən tez başlanğıc günü olacaq. Avstraliya Qran-Prisinin başlanma tarixi dünya çempionatının Birləşmiş Ştatların Sebrinq şəhərində keçiriləcək WEC marafon yarışları ilə eyni vaxta düşür. WEC-2018/19 "supermövsüm”ünə "Toyota” komandasında gedən ispaniyalı Fernando Alonso Formula- 1-də karyerasını davam etdirərsə, bu iki yarış arasında seçim etməli olacaq.


Bu yazı

5953 dəfə oxunub

Tarix

2018-07-03 13:02:51

Yazını

Çap et

Yazını

Paylaş