Çempionlar Liqasının püşkü atılıb


Qadın voleybolçular arasında Çempionlar Liqasının 2018/2019 mövsümünün püşkü atılıb. Azərbaycan klublarının təmsil olunmadığı yarışda yığmamızın hücumçusu Yekaterina Jidkova mübarizə aparacaq. Belə ki, voleybolçumuzun yeni transfer olunduğu Rumıniya "Alba”sı yarışa II təsnifat mərhələsindən başlayacaq. Blaj klubu Çexiya "Olomouts”u ilə üz-üzə gələcək. Jidkovanın komandası mərhələ adlayacağı halda, "UVC Holding” (Avstriya)/”Sliedrext” (Hollandiya) - "Ştutqart” (Almaniya) duelinin qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, I və II təsnifat mərhələləri oktyabrda, III təsnifat mərhələsi noyabrda oynanılacaq.


Bu yazı

6768 dəfə oxunub

Tarix

2018-07-03 13:27:12

Yazını

Çap et

Yazını

Paylaş