Astanada uğurlu nəticə



Qazaxıstanın paytaxtı Astanada keçirilən sambo üzrə dünya kuboku yarışlarına yekun vurulub.
"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış təmsilçilərindən üçü mötəbər turnirin medalını qazanıb.
Klubun yetirmələrindən 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Ağasif Səmədov yalnız final görüşündə məğlub olub və gümüş medala layiq görülüb. Cavidan Qarayev (62 kq) və Samir Kərimov (74 kq) isə yarışı üçüncü yerdə başa vurublar.


Bu yazı

2571 dəfə oxunub

Tarix

2018-07-03 13:51:48

Yazını

Çap et

Yazını

Paylaş