Rəqib ciddi yoxlanılacaq



Boks üzrə ağır çəki dərəcəsində WBA, IBF, WBO və IBO versiyaları üzrə dünya çempionu Antoni Çoşuanın promouteri Eddi Hirn qarşıdakı döyüşlə bağlı fikirlərini bölüşüb.
Boksçunun promouteri Aleksandr Povetkinin WADA tərəfindən ciddi yoxlanılacağını deyib.
"Povetkini WADA ciddi yoxlayacaq. Biz bunu bütün rəqiblərimizlə döyüşdən 16 həftə əvvəl edirik və bunun üçün 50 min dollar vəsait ödəyirik. Dopinq testləri döyüş başlamamışdan əvvəl keçiriləcək”.
Rusiyalı boksçu Aleksandr Povetkinin komandası isə dopinqlə bağlı yoxlanılma şərtini qəbul edib.
Qeyd edək ki, rusiyalı boksçu 2016-cı ildə dopinq testindən keçə bilmyib və buna görə onun Deontey Uaylderlə döyüşü təxirə salınıb.


Bu yazı

1814 dəfə oxunub

Tarix

2018-07-03 15:35:06

Yazını

Çap et

Yazını

Paylaş