Şahmat məktəbinin açılışı olub



Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki "D” yaşayış sahəsində bu gün şahmat məktəbinin açılışı olub. Məktəb Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib.
Ümumi sahəsi 963 kvadratmetr olan binada şahmatın tədrisi üçün sinif otaqları, yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter, həkim, inzibati otaqlar, mətbəx və s. var. Məktəbdə eyni vaxtda 70-80 nəfərin şahmatın sirlərinə yiyələnməsi üçün hər cür imkan yaradılıb. Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq inventar, avadanlıq və ləvazimatlarla tam təchiz edilib.




Bu yazı

5531 dəfə oxunub

Tarix

2018-07-05 10:33:09

Yazını

Çap et

Yazını

Paylaş