İngiltərədə pendir yuvarlama yarışı keçirilir- video



Dünyada ənənəvi idman növlərindən başqa əyləncəli, insanlara maraqlı anlar yaşadan qeyri-adi yarışlar da keçirilir. Olimpnews.az belə yarışları təqdim edir:
Hər il İngiltərədə qəribə festival keçirilir. Bu festivalda təxminən 4 kilo ağırlığında bir pendir hündür bir təpədən aşağı atılır. Sonra iştirakçılar pendirə çatmaq üçün onun arxasınca qaçmağa başlayırlar. Pendirin saatda 110 km-ə qədər bir sürətə dığırlanmasını nəzərə alsaq, iştirakçıların bu pendiri tutmasının nə qədər real olması şübhəlidir. Pendirə ilk çatan insan yarışı qazanmış olur. Amma bu müsabiqədə iştirak etməmişdən əvvəl yaxşıca düşünmək lazımdır. Çünki burada zədələnmə ehtimalə çox yüksəkdir.


Bu yazı

4161 dəfə oxunub

Tarix

2018-07-06 11:09:33

Yazını

Çap et

Yazını

Paylaş