Şahanə Nəzərova gümüş medal qazanıb



Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmə güləşçilərin dünya çempionatının üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıblar. Yığmamız 3 çəkidə idmançı ilə təmsil olunub.
Çempionatda 43 kiloqram çəkidə mübarizə aparan Şahanə Nəzərova ardıcıl olaraq Yaponiya və Fransadan olan rəqiblərini məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna idmançısına da tam üstünlüklə qalib gələn Şahanə finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı olub. Görüşü məğlub başa vuran təmsilçimiz gümüş medalla kifayətlənib.


Bu yazı

10360 dəfə oxunub

Tarix

2018-07-06 16:53:48

Yazını

Çap et

Yazını

Paylaş