Karateçilərimiz 3 medal qazanıblar


Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate-1 gənclər liqasının ikinci mərhələsində 3 medal qazanıblar. 14 yaşadək idmançılar arasında Fərid Savadov (-40 kq) bürünc, 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-70 kq) gümüş, Fidan Dadaşova isə (-47 kq) bürünc medal qazanıblar.

Mədinə Sadıqova (-53 kq) və Bəxtiyar Rzayev (-68 kq) təsəlliverici görüşlərə qatılsalar da nəticə uğursuz alınıb. B.Rzayev ciddi zədə aldığından mübarizəni davam etdirə bilməyib.

74 ölkədən 1874 idmançının iştirakı ilə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışından bir gün əvvəl isə 12-21 yaşlılar arasında WKF Kuboku uğrunda turnirdə milli komandanın üzvləri iki qızıl və bir bürünc medala yiyələniblər.



Bu yazı

1269 dəfə oxunub

Tarix

2018-07-09 11:43:46

Yazını

Çap et

Yazını

Paylaş