"Neftçi” hazırlığa ara vermədən davam edir



Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-si saat 21:00-da "Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu qarşılaşacaq "Neftçi” hazırlığa ara vermədən davam edir. Komanda dünən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Bütün futbolçuların iştirak etdiyi məşq texniki-taktiki hazırlığa həsr olunub. Hazırlıq bu gün saat 21:00-da "Dalğa Arena”da keçiriləcək axşam məşqi ilə davam edəcək.
Xatırladaq ki, "Neftçi” – "Uypeşt” oyunu üçün biletləri "Dalğa Arena” və "Bakcell Arena” stadionlarının kassaları, həmçinin "Bravo Supermarket”in Babək, 20 yanvar, Əhmədli, "Rahat market”in isə "Neftçilər”, "Metropark”, "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN-dir. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.



Bu yazı

919 dəfə oxunub

Tarix

2018-07-10 08:54:06

Yazını

Çap et

Yazını

Paylaş