Əli Babayev "Sumqayıt" da


2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunu heyətinə cəlb edib. Belə ki, son mövsümü İsrail Premyer Liqası təmsilçisi "Hapoel Ra'anana"da keçirmiş əslən azərbaycanlı olan Əli Babayev komandamızla 2 illik müqaviləyə imza atıb. Babayev "Sumqayıt" FK-da 99 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi peşəkar karyerası boyunca yalnız "Hapoel Ra'anana"nın şərəfini qoruyub. Əli Babayev İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, son mövsümdə isə 19 rəsmi oyunda meydana çıxıb.




Bu yazı

1449 dəfə oxunub

Tarix

2018-07-10 10:42:53

Yazını

Çap et

Yazını

Paylaş