Qurban Qurbanov mətbuat konfransı keçirəcək



Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları çərçivəsində baş tutacaq "Olimpiya” (Sloveniya) - "Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandanın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. İyulun 10-da baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla saat 20:15-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi "Stojitse” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.



Bu yazı

1488 dəfə oxunub

Tarix

2018-07-10 11:00:36

Yazını

Çap et

Yazını

Paylaş