Ronaldo “Yuventus”da



Futbol üzrə Portuqaliya millisinin və "Real Madrid” komandasının hücumçusu Kriştiano Ronaldonun İtaliyanın "Yuventus” klubuna transferi rəsmən təsdiqlənib.
Hər iki klub transfer müqaviləsinin detalları barədə hələlik ətraflı məlumat verməsə də İspaniyanın və İtaliyanın idman mətbuatı Ronaldonun transferinin 105 milyon avro müqabilində olacağını yazıb.
Xatırladaq ki, 2009-cu ildən "Real Madrid”in formasını geyən Kriştiano Ronaldo bu klubun heyətində ən çox qol vuran futbolçudur. Portuqaliyalı hücumçu əvvəlki rekordun sahibi olan Raul Qonsalesdən 303 oyun az keçirməsinə baxmayaraq, 438 qolla "Real”ın tarixinə ən məhsuldar futbolçu kimi düşüb. O, bu qolları 450 matçda vurub.


Bu yazı

6036 dəfə oxunub

Tarix

2018-07-11 09:12:51

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook