Qurban Qurbanov: "Cavab matçı daha asan olacaq"



UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında bu gün səfərdə Sloveniyanın "Olimpiya” (Lyublyana) klubunun qonağı olacaq "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: "Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub. Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar. Bizi çətin və maraqlı qarşılaşma gözləyir. Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır. Bizim də bəzi problemlərimiz var, buna baxmayaraq, sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm”.
Qeyd edək ki, "Olimpiya” – "Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.




Bu yazı

1436 dəfə oxunub

Tarix

2018-07-11 09:46:26

Yazını

Çap et

Yazını

Paylaş