"Qarabağ" - "Olimpiya" matçının biletləri satışda



Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ”ın qarşılaşacağı "Olimpiya"yla matçın biletlərini 11 iyul-dən etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.
Qeyd edək ki, "Qarabağ” - "Olimpiya” matçı iyulun 18-i saat 21:00-da start götürəcək.


Şatış məntəqələri:
T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası 28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)



Bu yazı

5228 dəfə oxunub

Tarix

2018-07-11 15:45:03

Yazını

Çap et

Yazını

Paylaş