FİDE prezidenti vəzifəsindən kənarlaşdırıldı



Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlyumjinovu vəzifəsindən kənarlaşdırıb.
Bu barədə FİDE-nin Etika Komissiyası yekdilliklə qərar qəbul edib.
İlyumjinov Etika Kodeksini pozmaqda günahlandırılır. 56 yaşlı funksionerin səlahiyyətləri bu gündən 18 ay müddətinə müvəqqəti dondurulub. Dərhal kənarlaşdırılma 6 ay – 12 yanvar 2019-cu ilədək qüvvədə olacaq. Qalan 12 aylıq diskvalifikasiya isə iki ildən sonra tətbiq olunacaq.
FİDE prezidenti seçkisi bu il oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək.
Milliyyətcə kalmık olan və Kalmıkiyanın ilk prezidenti olmuş İlyumjinov bu vəzifədə 1995-ci ilin noyabrından çalışırdı.
Qeyd edək ki, hazırda ali şahmat qurumunun rəhbəri postuna rusiyalı Arkadi Dvorkoviç əsas namizəddir.


Bu yazı

7769 dəfə oxunub

Tarix

2018-07-13 16:16:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook